May 16, 2018 14:05 Asia/Baku
  • Türkiyə İsrailin İstanbuldakı baş konsulundan ölkəni tərk etəsini istədi
    Türkiyə İsrailin İstanbuldakı baş konsulundan ölkəni tərk etəsini istədi

Türkiyə mediaları çərşənbə günü rəsmi Ankaranın İsrailin İstanbuldakı baş konsuluna ölkəni tərk etməsi barədə göstəriş verməsindən xəbər veriblər.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı baş konsulundan müəyyən bir müddət üçün ölkəni tərk etməsini istəyib. Türkiyə bundan öncə Təl-Əvivdəki səfirini məsləhətləşmək üçün geri çağırmışdı. İsrailin Ankaradakı səfirinə də Türkiyəni tərk etməsinə dair göstəriş vermişdi.

İsrail rejimi də Türkiyənin Qüdsdəki baş konsulundan qeyri-müəyyən bir zaman üçün İsraili tərk etməsini istəmişdi.

Teqlər