İyun 14, 2018 16:31 Asia/Baku
  • Türkiyə prezident seçkilərinin namizədləri bu ölkənin milli televiziyasını boykot ediblər

Türkiyədə İYİ Partiyanın və Cümhuriyyət Xalq Partiyasının namizədləri bildiriblər ki, bu ölkənin milli televiziyası- TRT-nin seçki proqramlarında iştirak etməyəcəklər.

İYİ Partiyanın və Cümhuriyyət Xalq Partiyasının Türkiyə prezident seçkilərinə namizədləri Meral Akşener və Məhərrəm İncə bildiriblər ki, bu ölkənin milli televiziyası-TRT-nin namizədlərdən birinin tərəfini tutmasına görə, bu medianın seçki proqramlarında iştirak etməyəcəklər.

Türkiyə seçki şurasının bildirdiyinə görə, bu ölkənin prezident seçkilərinə namizədlər cari ayın 17-si və 23-də TRT dövlət televiziya kanalının seçki proqramında iştirak etmək yolu ilə xalq ilə danışa və öz proqramlarını açıqlaya bilərlər.

Türkiyədə vaxtından qabaq prezident seçkiləri altı namizədin iştirakı ilə iyunun 24-də keçiriləcək.

Bir il bundan öncəki referendumda Türkiyə xalqı tərəfindən təsdiq olunmuş bu ölkənin əsas qanununda aparılmış dəyişikliklərə görə, növbəti prezident və parlament seçkiləri 2019-cu il noyabrın 3-də keçirilməli idi.