İyun 15, 2018 10:06 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Suruç şəhəri yaxınlığındakı seçki qərargahına edilən hücumu terror aktı adlandırıb və bu hücuma görə PKK-nın məsuliyyət daşıdığını bildirib.

Cümə axşamı hakim Ədalət və İnkişaf Partiyasının Şanlı Urfa vilayətində yerləşən Suruç şəhərindəki seçki qərargahına silahlı basqın edilib. Bu hadisədə 3 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. 

İRNA-nın məlumatına görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan  cümə axşamı İstanbulda etdiyi çıxışında baş vermiş hadisəyə münasibət bildirib və deyib: Ədalət və İnkişaf Partiyası Parlament və Prezident seçkilərində irəlidədir və bu terror aktı, Ədalət və İnkişaf Partiyasının irəliləyişinə dözməyənlərin işidir. 

Türkiyə prezidenti hökumətin Şanlı Urfa sakinlərini PKK-nın terror hücumları qarşısıdna yalnız buraxmayacağını deyərək, əlavə edib: Təhlükəsizlik qüvvələri bu terror aktının arxasında duranları tapıb, cəzalandıracaq.

Türkiyədə parlament və prezident seçkiləri iyunun 24-də keçiriləcək. Prezident seçkilərində hazırkı prezident Rəcəb Təyyib Ərdoğan da daxil olmaqla 6 namizəd rəqabət aparacaq. 

Teqlər