TBMM-nin sədri ABŞ-ın sanksiyaları qarşısında müqavimətə təkid etdi
Sen 08, 2018 19:56 Asia/Baku
Türkiyə Böyük Millət Məclisinin sədri bir daha Ankaranın ABŞ-ın sanksiyalarına təslim olmayacağını deyib.
Türkiyədə çıxan Milliyyət qəzetinin internet portalının verdiyi məlumata əsasən Binəli Yıldırım deyib: ABŞ Türkiyəni öz istəklərinə təslim edə biləcəyini düşünür. Amma, səhv edir.
Türkiyə parlamentinin sədri əlavə edib: Dünya ABŞ-ın ölkələrə qarşı düşmən rəftarlarını qınayır.
ABŞ hökuməti 2018-cii lin avqustunda amerikalı keşiş Endro Bransonun casusluqda ittiham edilməsini bəhanə edərək, Türkiyə əleyhinə sanksiyalar tətbiq edib.