Sen 14, 2018 14:21 Asia/Baku
  • Türkiyənin Suriya kəndlərini sənədləşdirməyə səy göstərməsi iddia olunub
    Türkiyənin Suriya kəndlərini sənədləşdirməyə səy göstərməsi iddia olunub

Suriyanın "insan haqları gözətçiləri mərkəzi" iddia edib ki, Türkiyə Suriyanın şimal qərbində İdlib vilayətində 15 kəndin mülkiyyətini sənədləşdirməkdədir.

Skay Nyus kanalının verdiyi məlumata görə, sözü gedən mərkəz bildirib:  Türkiyə Suriyanın şimalında bəzi sənədlər əldə edərək bunların osmanlılar dövrünə aid olduğunu iddia edir. 

Bu məlumata görə, Türkiyə qüvvələri ötən il Suriiyadakı yaraqlı kürdlərə qarşı başladıqları əməliyyatlardan indiyədək Suriyanın İfrin və digər bölgələrində fəaliyyət göstərməkdədirlər. 

Suriyanın şimalında İdlib vilayəti, müxtəlif terrorçu qrupların nəzarətindədir və Suriya ordusu bu bölgəni Cəbhətünnüsrə, İŞİD və digər terrorçu qruplardan təmizləmək üçün hazırlaşır. 

Suriyadan əldə olunan başqa məlumata görə, MƏğavirəssurə terror qrupu Əl-Tənfdə Amerikanın hərbi bazasının dəniz piyadaları ilə 8 günlük müştərək hərbi təlimlər keçirir. 

Əl-Tənf bölgəsi Suriyanın İordan və İraq ilə həmsərhəd bölgəsidir və Amerika hərbçiləri bu ərazidə qeyri-qanuni fəaliyyət göstərirlər. 

Teqlər