Okt 08, 2018 21:48 Asia/Baku
  • Türkiyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda araşdırmanın aparılmasını istədi
    Türkiyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda araşdırmanın aparılmasını istədi

Türkiyə hökuməti İstanbulda Ərəbistanın Baş Konsulluğunda Səudiyyə rejiminin ciddi tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının yoxa çıxmasına dair araşdırmaların aparılmasını istəyib.

NTV kanalının verdiyi məlumata görə, tanınmış jurnalist Camal Kaşıkçının İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra yoxa çımxasından bir həftə sonra Türkiyə hökuməti baş vermiş hadisə ilə bağlı konsulluqda araşdırmanın aparılmasını istəyib. 

Bu məlumata görə, Ərəbistan konsulluğunda araşdırmanın aparılması istəyi bu ölkə səfirinə göndərilib.