Okt 09, 2018 12:21 Asia/Baku
  • Türkiyədə 3-cü parlamentlərarası iclas keçirilir
    Türkiyədə 3-cü parlamentlərarası iclas keçirilir

Avrasiya ölkələrinin 3-cü parlamentlərarası iclası 40 Avropa və Asiya ölkəsinin o sıradan İran İslam Respublikası parlament sədrləri və üzvlərinin iştirakı ilə bu gün Türkiyədə keçirilir.

İRİB-in verdiyi məlumata görə, Türkiyənin Antalya şəhərində 3 gün müddətində davam edəcək Avrasiya ölkələrinin 3-cü parlamentlərarası iclasında İranın islami şura məclisinin sədri Əli Laricani də çıxış edəəck. İran parlamentinin sədri həmçinin Serbiya, İraq , Qırğızıstan və Qətərin palament sədrləri ilə də ikitərəfli görüşləri olacaq. 

Avrasiya parlamentlərarası iclasının kənarında həmçinin İran, Türkiyə və Rusiya parlamentlərinin sədrlərinin Suriya mövzusunda üçtərəfli görüşü də planlaşdırılıb. 

Teqlər