Okt 09, 2018 17:18 Asia/Baku
  • Amerika İran və Türkiyə arasında dost münasibətlərdən nigarandır
    Amerika İran və Türkiyə arasında dost münasibətlərdən nigarandır

İran İslami Şura Məclisinin sədri Türkiyə parlamentinin sədri ilə görüşündə deyib: Amerika və bəzi region ölkələri İran ilə Türkiyə arasında strateji əməkdaşlıqlar və dost əlaqələrdən narahatdırlar.

İRNA-nın verdiyi məlumata görə, İranın parlament sədri Əli Laricani dünən Türkiyənin Antalya şəhərində Avrasiya parlamentlərarası iclasın kənarında türkiyəli həmkarı Binəli Yıldırımla görüşündə İran və Türkiyənin müştərək məqsədlər üçün daha artıq birlikdə olmalı olduqlarını bildirərək deyib: Ticarət əməkdaşlıqları iki ölkə mənafeyinin təmini istiqamətində olmalıdır. 

Görüşdə Türkiyə parlamentinin sədri də Amerikanın nüvə sazişindən birtərəfli qaydada çıxması barədə deyib: Təəssüflər olsun ki, ABŞ dövlətinin ani təşəbbüsləri ilə region məsələləri dəyişib və Ağır məsuliyətə malik olan  İran ilə Türkiyə seyiriçi qala bilməzlər. 

Teqlər