Okt 10, 2018 17:45 Asia/Baku
  • Kaşıkçı macərasında yer alan Ərəbistanın təhlükəsizlik qüvvələrinin adları və görüntüləri yayımlanıb
    Kaşıkçı macərasında yer alan Ərəbistanın təhlükəsizlik qüvvələrinin adları və görüntüləri yayımlanıb

Türkiyə mediaları ərəbistanlı jurnalist Camal Kaşıkçının yoxa çıxması hadisəsində rolu olan Ərəbistanın xüsusi xidmət orqanının 15 əməkdaşının adı və fotoşəkilini yayımlayıblar.

İRNA-nın məlumatına Türkiyə qəzetləri bu şəxslərin Səudiyyə rejiminin ciddi tənqidçilərindən olan jurnalist Camal Kaşıkçının Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda yoxa çıxması hadisəsi ilə əlaqədar olduqlarını bildirib. Bu məlumata görə, həmin şəxslər iki özəl hava reysi ilə Türkiyəyə gəlib və dərhal da bu ölkəni tərk ediblər. 

Ən son məlumatlara əsasən Ərəbistan vəliəhdi Məhəmməd bin Salmanın xüsusi müşaviri Səud Əl-Qəhtani də Kaşıkçının İstanbulda Ərəbistanın Baş Konsulluğunda olduğu müddət ərzində Baş Konsulluğa gələn təhlükəsizlik heyətinin tərkibində olub. Digər tərəfdən Türkiyənin Baş Prokurorluğu Camal Kaşıkçının yoxa çıxmasında rolu olan 7 nəfər barəsində cinayət işi açmaq istəyir. 

Vaşinqton Post qəzeti ABŞ-ın təhlükəsizlik rəsmilərindən birinə istinadla Amerikanın kəşfiyyat orqanlarının Kaşıkçının yoxa çıxmasından öncə Ərəbistan rəsmilərinin telefon danışıqlarını dinlədiklərini və bu danışıqlarda Kaşıkçının həbs edilməsi üçün onun Ərəbistana aparılmasından bəhs olunduğunu bildirib. 

Türkiyə polisi Kaşıkçının taleyinə aydınlıq gətirmək üçün terrorizm və mütəşəkkil cinayətkarlıq ilə mübarizə idarəsinin ekspertlərindən ibarət istintaq qrupu yaradıb. 

Livanın Əl-Əhd informasiya portalı isə yazır: Bir zamanlar Ərəbistanın xüsusi xidmət orqanlarının zabiti olmuş tənqidçi jurnalist Camal Kaşıkçı çox güman ki, elə Ərəbistanın Təhlükəsizlik Təşkilatı tərəfindən qətlə yetirilib. 

Səudiyyə rejiminin tənqidçilərindən olan Camal Kaşıkçı 2 oktyabrda İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra yoxa çıxıb və bazar günü bəzi medialar onun cəsədinin İstanbulda aşkar edilməsindən xəbər veriblər. 

Ərəbistan Kaşıkçının Konsulluq binasını tərk etdiyini iddia etsə də, Türkiyə hökuməti faktlara əsasən Kaşıkçının konsulluq binasını tərk etmədiyini bildirir. 

Camal Kaşıkçının adı Ərəbistanda axtarışda olan və barəsində həbs qərarı çıxarılanlar siyahısında olub. 

Teqlər