Okt 14, 2018 11:03 Asia/Baku
  • Yıldırım: Dollar dünyada Amerikanın yeganə müttəfiqidir
    Yıldırım: Dollar dünyada Amerikanın yeganə müttəfiqidir

Türkiyə məclisinin sədri dolları Amerikanın dünyadakı yeganə müttəfiqi adlandırıb və bildirib ki, Vaşinqton hazırda özünün yeganə müttəfiqinin ayaqlarına düşübdür.

Binalı Yıldırım Cenevrədə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin parlamentlərarası birliyinin koordinasiya iclasında qeyd edib ki, Amerika dollardan silah kimi istifadə edir.

Amerika beynəlxalq maliyyə sisteminin, bankların və şirkətlərin dollardan asılı olmalarından, başqalarını bu ölkənin tələblərini yerinə yetirmələri üçün bir vasitə kimi istifadə edir. Bu hərəkət geniş beynəlxalq tənqidlərlə üzləşibdir.

Türkiyə məclisinin sədri həmçinin Fələstin məsələsinə nəzər salıb. O, deyib: Amerika Fələstinə yardım üzrə bütün mümkün məcraları bağlamaqla bu ölkənin mövcudluğunu aradan götürə bilməz.

Amerika son aylarda müxtəlif addımlarla, o cümlədən fələstinli didərginlərə yardım və onların işlə təmin olunmaları agentliyi- UNRWA-ya köməkləri, həmçinin Qəzzə zolağına və İrodan çayının qərb sahilinə 200 milyon dollarlıq yardımı kəsməklə Fələstin xalqını daha artıq sıxışdırmaq niyyətindədir.