Noy 01, 2018 10:28 Asia/Baku
  • Türkiyə ordusu İraqın şimalında 34 PKK yaraqlısını məhv edib

Türkiyə silahlı qüvvələri baş qərargahı çərşənbə günü bildirib: Türkiyə qırıcılarının İraqın şimalında terrorçuların mövqelərinə olan hücumlarında 34 PKK yaraqlısı zərərsizləşdirilib.

Türkiyə qırıcılarının çərşənbə axşamı ölkənin cənub-şərqində habelə, İraqın şimalında terrorçuların mövqelərinə olan hücumlarında da 11 PKK yaraqlısı məhv edilmişdi. 

PKK-nin 2015-ci ildə Türkiyə dövləti ilə atəşkəsi pozması və öz hücumlarını bərpa etməsi Ankaranın sərt reaksiyası ilə üzləşib. 

Statistik məlumatlara görə, bu müddət ərzində təqribən 600 təhlükəsizlik qüvvəsi həlak olub. Həmçinin, 7 mindən çox PKK yaraqlısı məhv edilib.