Noy 06, 2018 16:34 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid etdi

Türkiyənin xarici işlər naziri ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarını qeyri-qanuni, məntiqsiz və təhlükəli addım adlandıraraq, müzakirə və anlaşma çağırışı edib.

Mövlud Çavuşoğlu Tokioda Yaponiya rəsmiləri ilə görüşdə ABŞ-ın İrana qarşı sanksiyalarını mənasız adlandırıb və deyib: Türkiyə İrana qarşı sanksiyaların bərpa edilməsinə qarşıdır.

Çavuşoğlu həmçinin deyib: Amerika İrana qarşı yeni sanksiyalar tətbiq etməklə İranı təcrid etməyə çalışır. Amma, Tehran region və Avropa ölkələri ilə konstruktiv anlaşma yolu ilə sanksiyaları zərərsizləşdirib.

ABŞ 8 may 2018-ci il tarixində nüvə anlaşmasından çıxdı və İrana qarşı sanksiyaları bərpa edəcəyini bildirdi.

Bir çox ölkə o cümlədən nüvə anlaşmasını imzalanmış ölkələr: Çin, Rusiya, İngiltərə, Fransa və Almaniya ABŞ-ın bu hərəkətinə qarşı çıxıb.