Noy 08, 2018 20:27 Asia/Baku
  • İbrahim Kalın ABŞ-ın terrorçuları himayə etməsini qınadı

Türkiyə prezidentinin sözçüsü ABŞ-ın Suriyadakı kürd yaraqlılarını xüsusilə də PYD və YPG silahlı qruplaşmalarını himayə etməsini tənqid edərək, bunu mənasız hərəkət adlandırıb.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, İbrahim Kalın deyib: ABŞ-ın PYD və YPG-yə legitimlik vermək cəhdi və onları PKK-ya bağlı olmayan, müstəqil qruplaşmalar kimi təqdim etməyə çalışması faydasız işdir. Çünki, ABŞ-ın özü daha öncə bu iki qruplaşmanın adını terrorçu qruplar siyahısına daxil edib. 

İbrahim Kalın Ankaranın terrorçu qruplaşmaları "yaxşı" və "pis" terrorçular kateqoriyasına ayırmadığını deyərək, əlavə edib: YPG və PYD-yə olan istənilən dəstək birbaşa və ya dolayısı ilə PKK-nı himayə etmək deməkdir. 

ABŞ hökuməti Suriyada mərkəzi hökumətə qarşı PYD və YPG silahlı qruplaşmalarından istifadə edir. Vaşinqton Suriyada kürd yaraqlılarını himayə etməklə Suriyanı parçalamaq və Fərat çayının şərqində Kürd dövləti yaratmaq bununla da regionda ikinci bir İsraili formalaşdırmağa çalışır.