Noy 30, 2018 10:21 Asia/Baku
  • Türkiyə parlamentinin sədri Suriya böhranının Tehran-Moskva-Ankara vasitəsilə həllini vurğulayıb

Türkiyə parlamentinin sədri Suriya böhranının Tehran-Moskva-Ankara həmkarlığının davam etdirilməsi yolu ilə həllini vurğulayıb.

Bin Alı Yıldırım dünən axşam Türkiyənin İstanbul şəhərində keçirilən Asiya Parlamentlərinin Baş Assambleyasının 11-ci iclasında Suriya böhranının həlli istiqamətində Tehran-Moskva-Ankara həmkarlığının davam etdirilməsini mühüm addım adlandırıb. O, deyib: Hər üç ölkə Suriyada terrorizmlə mübarizə və döyüşlərin başa çatması üçün böyük səylər göstəribdir və onun səmərəsi tədricən özünü göstərir.

Türkiyə parlamentinin sədri əlavə edib: Asiya Parlamentlərinin Baş Assambleyasının 11-ci iclası əsnasında aparılan danışıqlar bu iclas iştirakçılarının səmərəli həmkarlıqları və əlaqələrinin genişlənməsinə zəmin yaradacaq.

Yıldırım Suriya və Yəmən böhranlarının həllinə, eləcə də rohincalı didərginlərin öz mənzillərinə geri dönmələrinə təkid edərək, belə qeyd edib: BMT bu böhranların həllində zəif əməl edibdir.

Türkiyə parlamentinin sədri həmçinin Asiya ölkələrinin regionda terrorizmlə birgə mübarizəsini istəyibdir.

Asiya Parlamentlərinin Baş Assambleyasının 11-ci iclası 23 ölkənin iştirakı ilə cümə axşamı günü axşamçağı "Asiyanın iqtisadi rövnəqinin artırılması" şüarı ilə Türkiyənin İstanbul şəhərində işə başlayıb.

Teqlər