Dek 01, 2018 16:51 Asia/Baku
  •  İran və Türkiyə arasındakı həcc əməkdaşlıqları genişləndirilir
    İran və Türkiyə arasındakı həcc əməkdaşlıqları genişləndirilir

Vəli Fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi həcc sahəsində Türkiyə ilə əməkdaşlıqların genişləndirilməsindən xəbər verib.

İRNA-nın məlumatına görə, Vəli Fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi höccətülislam vəlmüslimin Seyid Əli Qazı Əskər şənbə günü Tehranda Türkiyənin Dini İşlər Təşkilatının sədri Əli Ərbaş və onu müşayiət edən heyət ilə görüşdə iki ölkənin həcc məsələləri üzrə əməkdaşlıqlarının yaxşı səviyyədə olduğunu deyib. 

Qazı Əskər ötən illər ərzində İran və Türkiyə əlaqələrində yaxşı inkişafın şahidi olduğumuzu xatırladıb və deyib: Həcc ilə bağlı təlim, səhiyyət və xidmət sahəsində iki ölkə yaxşı əməkdaşlıqlara malik ola bilər. 

Vəli Fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi daha sonra Əli Ərbaşı Türkinin Dini İşlər Təşkilatının sədri seçilməsi münasibəti ilə təbrik edib və deyib: İran və Türkiyə arasında bir çox ortaqlıqlar mövcuddur. Və iki ölkə arasında əməkdaşlıqların yüksələn xətt üzrə inkişaf edəcəyinə ümidvarıq.

Türkiyənin Dini İşlər Təşkilatının sədri Əli Ərbaş da bu görüşdə deyib: Türkiyə və İran İslam ölkələri arasında Ərəbistana ən çox zəvvar göndərən ölkələrdəndirlər. Buna görə də bu sahədə malik olduqları təcrübələri bölüşməklə bir-birilərinə kömək edə və həcc mərasiminin daha yaxşı keçirilməsinə nail ola bilərlər. 

Ötən il İrandan həcc mərasimində iştirak etmək üçün Ərəbistana 86 min zəvvar göndərilib. 

Teqlər