Dek 07, 2018 11:21 Asia/Baku
  • Türkiyənin İraqın şimalında hava əməliyyatı

Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatında səkkiz PKK üzvü öldürülüb.

Türkiyə ordusunun dünənki əməliyyatında PKK-nın İraqın şimalında yerləşən Sinat-Haftanin, Metina və Hakurk məntəqələrindəki gizli məkanları hədəfə alınıb.

Türkiyə ordusunun qərargahı bildirib ki, PKK amilləri bu ölkənin hərbi bazalarına qarşı hücuma hazırlıq gördükləri zaman hücum hədəfinə çevriliblər.