Dek 19, 2018 10:24 Asia/Baku
  • İran və Türkiyənin Ali Əməkdaşlıq Şurası sabah iclas keçirəcək
    İran və Türkiyənin Ali Əməkdaşlıq Şurası sabah iclas keçirəcək

İran İslam Respublikası prezidentinin Türkiyəyə səfəri ilə eyni zamanda sabah Ankarada İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Türkiyə prezident aparatının əlaqələr mərkəzi bir bəyanatda bildirib ki, İİR prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu iclasda iki ölkə heyətlərinə başçılıq edəcəklər. Milliyyət qəzeti yazıb: Bu iclasda iki ölkənin bəzi nazirləri də iştirak edəcəklər. İki ölkənin yüksək səviyyəli rəsmiləri qarşılıqlı əlaqələrdən əlavə regional və beynəlxalq mövzuları da müzakirə edəcəklər. 

İİR prezidenti Həsən Ruhani türkiyəli həmkarı ilə görüşmək və iki ölkə arasında münasibətlərin inkişafı məqsədi ilə sabah Türkiyəyə bir günlük səfər edəcək.