Yan 06, 2019 17:59 Asia/Baku
  • Türkiyə hava qüvvələri İraqın şimalında əməliyyat keçiriblər
    Türkiyə hava qüvvələri İraqın şimalında əməliyyat keçiriblər

Türkiyə informasiya mənbələri bu ölkənin hava qüvvələrinin İraqın şimalındakı əməliyyatında yeddi nəfərin öldürülməsindən xəbər veriblər.

Türkiyə müdafiə nazirliyi bir bəyanatda bildirib ki, bu ölkə qırıcılarının Avaşin-Basian məntəqəsində keçirdikləri aviasiya əməliyyatında PKK-nın yeddi üzvü öldürülüb.

Bu əməliyyatda habelə PKK-nın mövqeləri və sığınacaqları hədəfə alınaraq, məhv edilibdir.

Türkiyə son iki ildə PKK üzvlərini məhv etmək üçün bu partiyanın İraqın şimalındakı mövqelərinə qarşı artilleriya və aviasiya hücumlarını bərpa edibdir ki, bu hücumlar Bağdadın kəskin reaksiyası ilə üzləşibdir.

Yayılmış statistikalara görə, bu müddətdə Türkiyənin təhlükəsizlik qüvvələrindən azı 600, PKK üzvlərindən isə yeddi mindən çox nəfər öldürlübdür.