Yan 08, 2019 14:12 Asia/Baku
  • Türkiyədə Rusiya səfərini qətlə yetirməkdə şübhəli bilinənlərin mühakiməsi başlandı
    Türkiyədə Rusiya səfərini qətlə yetirməkdə şübhəli bilinənlərin mühakiməsi başlandı

Türkiyə prokurorluğu Rusiya səfirinin qətlə yetirilməsində şübhəli bilinən 28 nəfər barəsində məhkəmə işinin başlanmasından xəbər verib.

Frans Press-in verdiyi məlumata görə, 2 il öncə Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlova qarşı sui-qəsdlə bağlı müttəhimlərin mühakiməsinə  start verilib. Türkiyə hökuməti bu sui-qəsdin Gülən hərəkatı tərəfindən törədildiyini bildirir.

Andrey Karlov 2016-cı ilin dekabrında Ankarada bir rəsm sərgisinə baxış keçirdiyi zaman bir təhlükəsizlik məmuru tərəfindən  qətlə yetirilmişdi.

Bu terror aktının ardınca Türkiyə polisi qatili güllələyərək, zərərsizləşdirmişdi.