Yan 10, 2019 10:41 Asia/Baku
  • Türkiyədə sərnişin vağzalında partlayış

Türkiyənin şimal qərbində sərnişin vağzalında baş verən partlayış bir nəfərin ölümü ilə nəticələnib.

İRİB-in verdiyi məlumata görə, partlayış dünən günortadan sonra Təkirdağ vilayətinin Malkara şəhərinin sərnişin vağzalında baş verib. Nəticədə bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. 

Türkiyənin 24-cü telekanalının verdiyi məlumata görə, hələ partlayışın baş vermə səbəbləri barədə məlumat yayılmayıb amma təhlükəsizlik qüvvələri və yardım qrupları partlayış yerinində yerləşiblər.