Yan 10, 2019 15:20 Asia/Baku
  • Türkiyənin xarici işlər naziri bu ölkə ordusunun Suriyadakı hərbi əməliyyatına təkid etdi

Türkiyənin xarici işlər naziri bu ölkə ordusunun Fərat çayının şərqindəki hərbi əməliyyatının ABŞ qüvvələrinin Suriyadan çıxması ilə heç bir əlaqəyə malik olmadığını dedi.

İRNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu deyib: Ərdoğan və Putin arasındakı görüşün ardınca Astana prosesi çərçivəsində Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli iclası keçiriləcək.

Türkiyə prezidentinin sözçüsü  İbrahim Kalın da bundan öncə verdiyi açıqlamada Ankaranın Suriyada hərbi əməliyyat üçün ABŞ-dan icazə almayacağını demişdi.

İbrahim Kalın deyib: Türkiyənin məqsədi YPG və onun himayədarlarını hədəfə almaqdır.