Yan 16, 2019 13:42 Asia/Baku
  • ABŞ əleyhinə aksiya - İstanbulda
    ABŞ əleyhinə aksiya - İstanbulda

Türkiyə xalqı ABŞ prezidenti Donald Trampın bu ölkə əleyhinə iqtisadi təhdidlərinin ardınca İstanbulda ABŞ konsulluğu önündə aksiya keçiriblər.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə xalqı çərşənbə axşamı İstanbulda ABŞ-ın baş konsulluğu önündə aksiya keçirərək, "Amerikaya ölüm", "Türk və Kürd qardaşdır" şüarı veriblər. 

ABŞ prezidenti Donald Tramp son zamanlar Tvitter-də paylaşdığı yazıda Türkiyəni Suriyanın şimalında Vaşinqtonun himayəsi altında olan kürd yaraqlılarına hücum edəcəyi təqdirdə iqtisadi sanksiyalar ilə təhdid edib. 

Türkiyənin Vətən Partiyasının sədr müavini Cem Dikmən İstanbulda ABŞ konsulluğu önündə keçirilən etiraz aksiyasında etdiyi çıxışında deyib: Trampın Türkiyəni iqtisadi sanksiyalar ilə təhdid etməsi həyasızlıqdır və Türkiyə xalqı bunu cavabsız qoymayacaq. 

Trampın son təhdidi Türkiyədə siyasi dairələrin və mediaların geniş reaksiyasına səbəb olub. Bir çoxları Türkiyə hökumətinin Trampın bu həyasızlığına qəti cavab verməsini istəyiblər. 

Teqlər