Fev 14, 2019 15:03 Asia/Baku
  • Türkiyə prezidenti Rusiyaya səfər edib

Türkiyə prezidenti İran və Rusiya prezidentləri ilə üçtərəfli iclasın dördüncü dövründə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.

Rəcəb Tayyıb Ərdoğan bu iclasın kənarında İran İslam Respublikası və Rusiyanın prezidentləri Həsən Ruhani və Vladimir Putinlə görüşəcək.

İran, Türkiyə və Rusiya prezidentlərinin Suriyada siyasi stabilliyin bərqərarı, suriyalı didərginlərin geri dönmələri, bu ölkəyə asayişin qaytarılması və regional terrorizmlə birgə mübarizə mehvərli birgünlük Soçi iclasında həmçinin Astana prosesi adlı müzakirələrin nəticələri, Suriya hakimiyyəti və bu ölkənin bərpası dövründə həmkarlıq ətrafında fikir mübadiləsi aparılacaq.