Mart 14, 2019 19:04 Asia/Baku
  • Ankara Avropa Parlamentinin Türkiyə barədəki qərarını tənqid edib

Türkiyə ədalət və inkişaf partiyasının sözçüsü Avropa Parlamentinin bu ölkənin Avropa Birliyinə qatılması üzrə müzakirələrin dayandırılması barədəki qərarını etibarsız adlandırıb.

Ömər Çelik dünən bir twitter mesajında yazıb ki, Avropa Parlamentinin Türkiyənin Avropa Birliyinə qatılması üzrə müzakirələrin dayandırılması barədəki qərarı boş və etibarsızdır.

Ədalət və inkişaf partiyasının sözçüsü əlavə edib: Avropa Parlamentinin bu qərarı göstərir ki, həmin orqan ekstremist sağçı ideologiyanın nəzarəti və tabeliyindədir.

Avropa Parlamenti dünən Strasburqda keçirdiyi bir iclasda Türkiyənin Avropa Birliyinə qatılması üzrə müzakirələrin dayandırılmasının da yerləşdirildiyi “Türkiyə 2018” hesabatını səsə qoyaraq, qəbul etdi.

 

 

 

Teqlər