Mart 15, 2019 09:10 Asia/Baku
  • Ərdoğan: Əssisi soyqırımı planlaşdıran adamdır

Türkiyə prezidenti Misirin prezidenti Əbdül-Fəttah Əssisinin soyqırımı planlaşdıran adam olduğunu bildirib.

İSNA-nın verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Ərəb Liqası və Avropa Birlyinin Misirin Şərmüşşeyx bölgəsində " stabillik naminə investisiya" adı altında keçirdikləri müştərək iclası tənqid edərək deyib: Avropa Birliyi bir tərəfdən Edama qadağa qoyub digər tərəfdən bir soyqırımını planlaşdıran adamın dəvəti ilə razılaşıb.

Türkiyə prezidenti deyib: Əssisi demokratiyanı pozan adam olaraq, öz əməkdaşlarını eləcə də Misir xalqının 52 faizinin dəstəyinə malik olan Məhəmməd Morsini həbs edibdir. 

 

Teqlər