May 11, 2019 19:21 Asia/Baku
  • Ərdoğan Türkiyənin Avropa Birliyinə üzvlük istiqamətindəki səylərinə təkid etdi
    Ərdoğan Türkiyənin Avropa Birliyinə üzvlük istiqamətindəki səylərinə təkid etdi

Türkiyə prezidenti ölkəsinin Avropa Birliyinə üzvlük istiqamətindəki səylərinin artırılmasına təkid etdi.

İRİB-nin bildirdiyinə görə, Rəcəb Təyyib Ərdoğan cümə günü dedi: Avropa Birliyi Türkiyənin bu birliyə tam üzvlüyü olmadan öz dəyərlərinə zəmanət verə bilməz. 

Türkiyə prezidenti həmçinin dedi: Türkiyəni Avropadan kənarlaşdırmağa çalışanların olmasına rəğmən, bu ölkə Avropa Birliyinə üzvlük istiqamətindəki səylərini artıracaq. 

Ərdoğan Avropa Birliyinin Türkiyəyə olan ehtiyacının Türkiyənin bu birliyə olan ehtiyacından daha çox olduğunu deyərək, bildirdi: Türkiyə hal hazırda viza rejiminin ləğv edilməsi üçün lazım olan 72 tələbdən 66-nı həyata keçirib və çox güman ki, gələcəkdə yerdə qalan 6 tələbin də gerçəkləşməsi üçün lazımi addımlar atılacaq. 

Türkiyənin Avropa Birliyinə üzvlüyü istiqamətində başladılan müzakirə prosesi 2005-ci ildə start götürüb. Türkiyə və Avropa Birliyi arasındakı 35 müzakirə mövzusundan indiyə kimi sadəcə bir mövzu yekunlaşdırılıb. 

Teqlər