İyun 18, 2019 09:16 Asia/Baku
  • Əlsisini və AB-ni tənqid edib
    Əlsisini və AB-ni tənqid edib

Misirin kənarlaşdırılmış prezidenti Muhəmməd Mursinin ölüm xəbərinin yayılmasından sonra Türkiyə prezidenti misirin prezidenti Əbdulfəttah Əlsisini və Avropa Birliyinə üzv ölkələri kəskin tənqid atəşinə tutub.

Rəcəb Tayyıp Ərdoğan deyib: Əlsisi çevriliş, hakimiyyəti qəsb etmək, demokratiyanı tapdamaq və xalqın səsi ilə hakmiyyətə gəlmiş Mursini kənara qoymaq yolu ilə hakimyyətə gəldi və təqribən əlli Misir vətəndaşını edam etdi.

Türkiyə prezidenti əlavə edib: Mursi demokratik yolla və 52 faiz səslə Misirin prezidenti seçilmişdi, amma Misir hərbçiləri gerçəkliyi qəbul etməyə hazır olmadılar və onun kənarlaşdırılmasına zəmin yaratdılar.

Ərdoğan deyib: Avropa Birliyinə üzv ölkələr cinayətkar Əlsisinin dəvəti ilə Misirdə keçirilən iclasda iştirak etdilər, halbuki Misir vətəndaşları edam olunmaqda idilər.

Bu göstərir ki, avropalıların insan haqları meyarları ikili və puçdur.

Ərdoğan əlavə edib: Mursi Misir inqilabçılarından minlərlə nəfərlə yanaşı beş il məhbəsdə idi, amma Qərbdə heç kəs onları müdafiə etməyə hazır olmadı.

Misir televiziyası dünən bu ölkənin sabiq prezidenti Muhəmməd Mursinini son məhkəmə iclasında vəfat etməsi xəbərini verərək, onun ölüm səbəbini infarkt elan etdi.

Teqlər