İyul 02, 2019 08:04 Asia/Baku
  • Ərdoğan: Tramp S-400-ün təhvil verilməsilə müxalif deyil
    Ərdoğan: Tramp S-400-ün təhvil verilməsilə müxalif deyil

Türkiyə prezidenti deyib ki, Donald Tramp S-400 raket sistemi və F-35 qırıcıları məsələsi barədə Türkiyənin mövqeyinə dəstək verib.

Rəcəb Tayyıp Ərdoğan "Yeni Şafak" qəzeti ilə müsahibədə Trampa istinadən deyib: Türkiyə F-35 təyyarələrinin istehsalı və alınması üçün bir milyard 400 milyon dollar pul ödəyib və satın alınmış malın Türkiyəyə təhvil verilməsindən boyun qaçırılmamalıdır.

Suriyanın şimalında təhlükəsiz məntəqəsinin yaradılması və bu məntəqələrin beynəlxalq koalisiyaya tapşırılması; İdlib, Fələstin və Şərqi Aralıq dənizi məsələləri; Avropa Birliyi ilə əlaqələr və mühacirlərə yardım məsələsi Ərdoğanın "Yeni Şafak" qəzeti ilə müsahibəsinin digər mehvərlərindən olubdur.

Son aylarda S-400 sisteminin satın alınması daxil olmaqla müxtəlif məsələlər üstündə Amerika ilə Türkiyə arasındakı gərginlik artıbdır.

Teqlər