İyul 06, 2019 07:14 Asia/Baku
  • S-400 sabah Türkiyə üçün yüklənəcək
    S-400 sabah Türkiyə üçün yüklənəcək

İnformasiya mənbələri bildiriblər ki, Rusiyanın S-400 zenit raket sistemindən ilk yük bazar günü Türkiyə istiqamətinə yüklənəcək.

Hazırda Rusiyadan gəlmiş 9 nəfərlik bir heyət Türkiyədə yerləşib. Onlar bu sistemin quraşdırılması üzrə hazırlıq işlərini görmək üçün Türkiyədədirlər. Həmin sistemin quraşdırılması üzrə digər bir mütəxəssis qrupu isə bazar ertəsi günü Türkiyəyə daxil olacaq.

Son aylar Ankaranın S-400 sistemini satın alması daxil olmaqla müxtəlif məsələlər üstündə Amerika ilə Türkiyə arasındakı gərginlik yüksəlibdir.

Amerika son aylar dəfələrlə Türkiyəni hədələyibdir ki, əgər Rusiyadan S-400 sisteminin satın alınması barədəki müqaviləni ləğv etməzsə, Vaşinqtonun sanksiyaları hədəfinə çevriləcək və ya Türkiyəyə F-35 qırıcılarının satışı barədəki müqavilə ləğv ediləcək.

Vaşinqton iddia edibdir ki. S-400 hava hücumundan müdafiə sisteminin Türkiyə ərazisində yerləşdirilməsi Amerikanın gizli işləyən F-35 qırıcısının zəif cəhətlərini üzə çıxaracaqdır.

 

Teqlər