İyul 08, 2019 19:00 Asia/Baku
  • Ərdoğan: Rusiya Türkiyəyə S-400 raket sistemini göndərməyə hazırdır

Türkiyə prezidenti Rusiyanın bu ölkəyə S-400 raket sistemini göndərməyə hazır olmasından xəər verib.

Rəcəb Tayyıp Ərdoğan bu gün Bosniya və Hersoqovinaya səfərdən öncə müxbirlər qarşısında bildirib ki, Ankara S-400-ün təhvil verilməsi zamanı barədə Moskva ilə razılığa gəlibdir. O, deyib: Rusiya Türkiyəyə göndərilmək üçün həmin sistemləri yükləməyə başlayıbdır.

Ərdoğan deyib: S-400 sisteminin yerləşdirilməsi məkanı barədə aparılmış  proqramlaşdırmalara əsasən, Türkiyə ordusunun baş qərargahı və milli müdafiə nazirliyinin həmkarlığı ilə qeyd olunan sistemlər tezliklə bu məkanda yerləşdiriləcəklər.

Amerika son aylar ərzində Türkiyəyə xəbərdarlıq edibdir ki, Rusiyadan S-400 sisteminin satın alınması müqaviləsini ləğv etməzsə, Vaşinqtonun sanksiyalarına məruz qalacaq və ya Türkiyəyə F-35 qırıcılarının satışı barədə müqavilə ləğv ediləcək.

Vaşinqton iddia edibdir ki, S-400 sisteminin Türkiyə ərazisində yerləşdirilməsi Amerikanın F-35 qırıcılarının çatışmayan cəhətlərini aşkar edəcəkdir.

Rusiya ilə Türkiyə arasında S-400-ün satışı barədə müqavilə 2017-ci ilin dekbarında iki ölkə rəsmiləri tərəfindən imzalanıbdır.