Ərdoğan: S-400 sistemləri gələn il işləməyə başlayacaqlar
Türkiyə prezidenti deyib: S-400 zenit raket müdafiə sistemləri gələn il bu ölkədə işlməyə başlayacaqlar.
Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan deyib: S-400 zenit raket müdafiə sistemlərinin detallarının tədricən daxil olması ilə bu sistem 2020-ci il aprelin əvvəllərində tam şəkildə Türkiyədə əməliyyat mərhələsinə keçəcəkdir.
Ərdoğan həmçinin S-400 zenit raket müdafiə sistemlərinin detallarını daşyan səkkizinci təyyarənin Ankaraya daxil olmasından xəbər verib.
Türkiyə prezidenti bazar günü də Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin satın alınması haqda demişdi ki, Türkiyə bu müdafiə sistemini ölkəsinin sülhü və təhlükəsizliyini himayə məqsədilə alıbdır.
Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə təhvil verilməsi cari il iyulun 12-dən başlanıbdır.