İyul 26, 2019 13:26 Asia/Baku
  • Ərdoğan İslam Dünyasının birliyinə təkid edib

Türkiyə prezidenti deyib ki, Ankara İslam Dünyasının birliyinə çalışır.

Rəcəb Tayyıp Ərdoğan dünən Malayziyanın baş naziri Mahatir Muhəmmədlə görüşdən sonra onunla Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib ki, İslam Dünyasının birliyi Ankara üçün hər bir məsələdən mühümdür.

Türkiyə prezidenti vurğulayıb ki, düşmənlərin təfriqəsalma mahiyyətli fitnələri ilə yeganə mübarizə yolu, İslam Dünyasının sayıqlığı, uzaqgörənliyi və birliyidir.