İyul 31, 2019 21:28 Asia/Baku
  • Türkiyə: S-400-ün satın alınması NATO üçün bir təhdid deyildir
    Türkiyə: S-400-ün satın alınması NATO üçün bir təhdid deyildir

Türkiyənin xarici işlər naziri deyib ki, Rusiyadan S-400 raket sisteminin satın alınması Şimali Atlantika Müqaviləsi Təşkilatı - NATO üçün təhdid deyildir.

"Türkiyə hökumətinin NATO ilə problemi yoxdur" deyən Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə bu təşkilatın mühüm üzvüdür və terrorizmlə mübarizədə mühüm rol oynayır.

Bundan öncə Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Türkiyənin Rusiyadan S-400 raket sistemini satın və təhvil almasından nigarançılıq etmişdi.

Amerika da bildirmişdi ki, Türkiyə Rusiyadan S-400 raket sistemini satın aldığına görə, F-35 qırıcısı layihəsindən silindi.