Avq 07, 2019 20:49 Asia/Baku
  • İran və Türkiyə ikitərəfli sərhəd həmkarlıqlarının genişləndirilməsi haqda məşvərət ediblər
    İran və Türkiyə ikitərəfli sərhəd həmkarlıqlarının genişləndirilməsi haqda məşvərət ediblər

İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyyə şəhərinin icra hakimi və Tükiyənin Hakari valisi görüşərək, ikitərəfli sərhəd həmkarlıqlarının genişləndirilməsi haqda firkir mübadiləsi aparıblar.

İranın Urmiyyə şəhərinin icra hakimi Əlireza Molla Mohəmmədizadeh bu gün Urmiyyədə Tükiyənin Hakari valisi İdris Akbiyik və onu müşayiət edən nümayəndə heyətilə görüşərək, deyib: İkitərəfli sərhəd həmkarlıqları iki ölkənin hüquq-mühafizə qüvvələrinin səyləri ilə yaxşı şəraitdədir.

Tükiyənin Hakari valisi də deyib: İran və Türkiyə sərhədləri, xüsusən Türkiyənin Hakkari vilayəti ilə İranın Qərbi Azərbaycan vilayəti arasındakı sərhədlər ötən illərdə həmişə səbatlı olubdur.

Bu məlumata görə, Türkiyənin Hakkari vilayəti ilə İranın Qərbi Azərbaycan vilayəti arasında əməkdaşlıq üzrə anlaşma sənədi bu gün axşam iki vilayətin məsul şəxsləri tərəfindən imzlalanıb.

İran və Türkiyə 566 kilometrlik müştərək sərhədə malikdirlər və İranın Qərbi Azərbaycan vilayəti Türkiyənin dörd vilayəti ilə həmsərhəddir.

Teqlər