Avq 09, 2019 08:01 Asia/Baku
  • Türkiyənin Denizli vilayətində zəlzələ nəticəsində 20-dən çox insan yaralanıb

Türkiyənin Denizli vilayətində təqribən altı bal gücündə baş vermiş bu zəlzələdə 23 nəfər yaralanıb.

Türk Təcili Yardım və Fəlakəti İdarəetmə Təşkilatı dünən bildirib ki, bu yeraltı təkanın mərkəzi Türkiyənin cənub-qərbində yerləşən Denizli vilayətində olubdur.

Denizli valisi bildirib ki, cümə axşamı günü baş vermiş bu yeraltı təkan həmin vilayətdə bəzi binaların dağılmasına və əhaliyə xəsarətlərin dəyməsinə səbəb olubdur.