Avq 12, 2019 16:46 Asia/Baku
  • Türkiyə Ankaranın Fəratın şərq hissəsini kürdlərdən təmizləmək əzmində olduğunu vurğulayıb
    Türkiyə Ankaranın Fəratın şərq hissəsini kürdlərdən təmizləmək əzmində olduğunu vurğulayıb

Türkiyənin xarici işlər naziri bir daha Ankaranın Suriyanın şimalında yerləşən Fərat çayının şərq hissəsini kürdlərdən təmizləmək iradəsi və əzmkarlığını vurğulayıb.

Mövlud Çavuşoğlu deyib ki, Türkiyə qüvvələri Fəratın şərqini də Əfriyn və Cirablus kimi kürdlərdən təmizləyəcəklər.

O, həmçinin Vaşinqtonu kürdləri Mənbicdən çıxarmaq barədəki vədlərinə sadiq qalmamaqda ittiham edib.

Bundan öncə Türkiyənin prezidenti Rəcəb Tayyıp Ərdoğan demişdi ki, bu ölkənin ordu qüvvələri Suriya ərazisində yerləşən Əlbab, Cirablus və Əfriynə daxil olublar və hazırda da Suriyanın şimalındakı Fərat çayının şərq məntəqələrinə daxil olmaq niyyətindədirlər.

Suriyanın Xarici İşlər Nazirliyi ABŞ-Türkiyə razılaşmasını Suriyanın suverenliyinə və ərazi bütövlüyünə açıq şəkildə təcavüz, həmçinin BMT nizamnaməsinin və beynəlxalq qanunların əsas və prinsiplərinin aşkar surətdə pozulması adlandırıb.