Sen 01, 2019 11:51 Asia/Baku
  • Ərdoğan NATO-ya üzvlüyün davamına təkid edib
    Ərdoğan NATO-ya üzvlüyün davamına təkid edib

Türkiyə prezidenti vurğulayıb ki, Ankara NATO-dan çıxmaq və bu təşkilatdakı müttəfiqlərinə arxa çevirmək niyyətində deyil.

Rəcəb Tayyıb Ərdoğan deyib: Türkiyənin müdafiə təchizatlarını satın almaq üzrə addımları öz təhlükəsizliyinin təmini istiqamətindədir və bu ölkə NATO-da iştirak üzrə proqramlaşdırma aparmağı davam etdirəcək.

Bundan öncə NATO-nun baş katibi Türkiyənin Rusiyadan S 400 sistemi satın və təhvil almasından nigarançılıq etmişdi.

Amerika da bildirmişdi ki, Türkiyə Rusiyadan S 400 sistemi satın aldığına görə, F-35 qırıcı layihəsindən kənara qoyuldu.