Sen 09, 2019 17:52 Asia/Baku
  • Ərdoğan: İran və Rusiya ilə Suriyada təhlükəsizliyin bərqərarına çalışırıq
    Ərdoğan: İran və Rusiya ilə Suriyada təhlükəsizliyin bərqərarına çalışırıq

Türkiyə prezidenti deyib: Amerika Suriyada bufer zona yaratmaq planı ilə əslində PKK və YPG terror qrupları üçün təhlükəsiz bölgə yaratmaq niyyətindədir.

Rəcəb Tayyıb Ərdoğan dünən Malatiyada etdiyi çıxışında Amerikanın bu sahədəki səylərini Türkiyə üçün qəbuledilməz adlandırıb.

Ərdoğan əlavə edib: İran və Rusiya ilə böyük səylər göstəririk. Gələn həftə keçiriləcək üçtərəfli iclasda bir daha bu mövzuları nəzərdən keçirəcəyik.

Türkiyə prezidenti deyib ki, Fəratın şərqində əsas təhdid, PKK və YPG terror qruplarının iştirakıdır.

O, deyib: Amerika ilə müzakirələrimizi davam etdirəcəyik, amma bizim müttəfiqimiz bizim üçün deyil, terror qrupları üçün təhlükəsiz bölgə yaratmaq ardıncadır.