Sen 20, 2019 13:07 Asia/Baku
  • Türkiyə beynəlxalq şirkətlərə Aralıq dənizinin şərqində fəaliyyət göstərmələri barədə xəbərdarlıq edib

Türkiyə heç bir şirkətin Aralıq dənizinin şərqində, Kipr adasının türksakinli hissəsinə yaxın ərazilərdə enerji qaynaqlarını araşdırmasına icazə verməyəcəyini bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi Ankaranın Kiprin yunansakinli sektorundan icazə alaraq, Aralıq dənizinin şərqində, Kiprin türksakinli hissəsinə yaxın ərazilərdə enerji qaynaqlarını araşdırmaq istəyən şirkətlərə icazə verməyəcəyini vurğulayıb.

Son zamanlar Kiprin yunansakinli sektoru bu adanın türksakinli hissəsinə yaxın ərazilərdə enerji qaynaqlarını araşdırmaları üçün beynəlxalq şirkətlərlə müqavilələr bağlayıbdır.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy Kiprin yunansakinli bölməsini məsuliyyətsiz davranmaqda ittiham edərək, qeyd edib ki, adanın enerji resurslarının ədalətli bölgüsü haqqında Kipr türklərinin təklifi hələ də masa üzərindədir.

Teqlər