Sen 26, 2019 12:57 Asia/Baku
  • Ərdoğan İranı Aramko-ya hücumda ittihamlandırmağı qeyri-düzgün hərəkət adlandırıb
    Ərdoğan İranı Aramko-ya hücumda ittihamlandırmağı qeyri-düzgün hərəkət adlandırıb

Türkiyə prezidenti ərəbistanın Aramko neft obyektlərinə qarşı hücumda İranı ittihamlandırmağı qeyri-düzgün bir hərəkət adlandırıb.

Rəcəb Tayyıb Ərdoğan Foks-Nyus telekanalı ilə müsahibədə ərəbistanın Aramko neft obyektlərinə qarşı hücumda İranın əlinin olmasına dair iddianı qeyri-düzgün adlandıraraq, deyib ki, mövcud faktlar belə bir şeyə dəlalət etmir.

Amerikanın İrana qarşı sanksiyalarını əbəs hərəkət adlandıran Türkiyə prezidenti qeyd edib ki, bu sanksiyalar əsla bir problemi həll etməyibdir.

Yəmənin ordusu və xalq komitələri qüvvələrinin PUA bölməsi son zamanlar səud koalisyasının Yəməndəki cinayətlərinə cavab olaraq, on ədəd pilotsuzla Aramko şirkətinə aid “Bəqiq” və “Xəris” neftayırma zavodlarını hədəfə aldı.