Okt 25, 2019 11:24 Asia/Baku
  • NATO-nun iclasında Türkiyə tənqid edilib
    NATO-nun iclasında Türkiyə tənqid edilib

NATO müdafiə nazirlərinin oktyabrın 24-də Brüsseldə keçirilən iclasında Türkiyə Suriyanın şimalına müdaxilə etdiyinə görə son dərəcə kəskin tənqidlə üzləşib.

ABŞ müdafiıə naziri Mark Esper Türkiyənin oktyabrın 9-da başlanmış hücum əməliyyatını “özbaşınalıq” adlandırıb.

Bununla belə, NATO nazirləri strateji muttəfiq Türkiyənin cəzalandırılması üçün heç nə edə bilməyəcəklərinə işarə ediblər.

Brüsseldə keçirilən mətbuat konfransında Esper deyib ki, “Türkiyə bizi son dərəcə pis vəziyyətdə qoyub”.

NATO-nun baş katibi Jens Stoltenberg müzakirələrin “səmimi və açıq” olduğunu deyib.

Stoltenberg deyib ki, “biz belə fikir ixtilaflarını əvvəllər də görmüşük və buna üstün gəlmişik”.

Bununla belə, o xəbərdarlıq edib ki, Moskva-Ankara sazişinin nəticələri barədə fikir söyləmək “çox tezdir”.