Okt 30, 2019 13:38 Asia/Baku
  • ABŞ səfiri Türkiyə XİN-ə çağırıldı

Türkiyə Xarici İşlər Nazirliyi Amerikanın Ankaradakı səfirini çağırıb.

Türkiyə Xarici İşlər Nazirliyi bu gün ABŞ konqresinin nümayəndələr palatasının Türkiyəyə sanksiya tətbiq edən qətnaməsinə reaksiyada Amerikanın Ankaradakı səfiri Devid Satterfayldı çağırtdırıb.

ABŞ konqresinin nümayəndələr palatası çərşənbə axşamı günü Türkiyənin Suriyanın şimalına təcavüzünə reaksiyada iki anti-Türkiyə qətnaməsinin lehinə səs verdi.

Amerikanın bu qanunvericilik orqanı öncə bir səsvermədə ermənilərin 1915-ci ildə oslmanlı imperiyası tərəfindən qırğın edilmələrini bir soyqırımı kimi rəsmən tanıyıb.

Bu qətnamə üç əleyhinə səs qarşılığında 305 lehinə səslə qəbul olunub.

Nümayəndələr palatası ikinci səsvermədə də 16 əleyhinə səs qarşılığında 406 lehinə səslə bir qətnamə qəbul edib. Bu qətnamədə palata bu ölkə prezidenti Donald Trampdan Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyi istəyir.