Dek 04, 2019 12:20 Asia/Baku
  • Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sionist qəsəbə inşasının davam etməsini qınadı

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü işğal olunmuş Fələstinin müxtəlif ərazilərıində sionist sakinli qəsəbələrin salınmasının davam etməsinin bölgədə gərginliyin artmasına səbəb olacağını söyləyib.

İRİB-nin məlumatına görə, Ömər Çelik çərşənbə axşamı günü əlavə edib: İşğal olunmuş Fələstin ərazilərində sionist sakinli qəsəbələrdə istənilən yaşayış binasının tikilməsi benəlxalq qanunların pozulmasıdır və Fələstin məsələsinin həllinə zərbə vuracaq.

İsrailin Müharibə naziri Neftali Bennett bazar günü İordan çayının cənubunda yerləşən Əl-Xəlil şəhərinin mərkəzi hissəsində yeni bir sionist qəsəbəsinin salınması üçün planlaşdırıma və ilkin addımların atıldığından xəbər verib.

İşğalçı rejim həmişə beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayaraq,ABŞ-ın dəstəyi ilə işğal olunmuş Fələstinin müxtəlif bölgələrində sionist qəsəbələrin inşasını davam etdirir.

BMT Təhlükəsizlik Şurası 2016-cı il 23 dakabr tarixli qəbul etdiyi 2334 saylı qətnamədə sionist rejimdən işğal olunmuş ərazilərdə sionist qəsəbə salma fəaliyyətlərini  dərhal və qeyd-şərtsiz dayandırmasını tələb  etmişdi.

İsrail rejimi bu qəsəbə salmalar ilə öz hegemonluğunu möhkəmlətmək,  Fələstin ərazilərinin demoqrafik quruluşunu dəyişdirmək və bu əraziləri sionistləşdirmək ardıncadır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Teqlər