Yan 16, 2020 19:05 Asia/Baku
  • İİR gərginliyin genişlənməsinə maraqlı deyil
    İİR gərginliyin genişlənməsinə maraqlı deyil

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib ki, İran gərginliyin genişlənməsinə maraqlı deyil, lakin hər cür ağılsız və təcavüzkarcasına hərəkətə kəskin cavab verəcəkdir.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Mohəmməd Baqeri bu gün Türkiyənin müdafiə naziri general Hulusi Akarla telefon söhbətində əlavə edib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymaninin terroru namərdcəsinə, qeyri-insani, etikadan uzaq və bütün beynəlxalq və hüquq normalarına zidd idi. Amerikalıların bu hərəkəti, həmçinin İraqda Həşduşşəbi-nin mərkəzlərinə və Suriyadakı bəzi bazalara qarşı digər addımları regionda gərginliyin yeni mərhələsi üçün bir başlanğıc oldu.

General-mayor Baqeri ümidvarlıq edib ki, Amerikanın regiondan çıxması ilə bütün intizamsızlıqlar və çəkişmələrin kökü kəsiləcəkdir.

Hulusi Akar da general-leytenant pasdar Qasem Soleymaninin şəhadətilə bağlı İran İslam Respublikasının dövləti, xalqı və silahlı qüvvələrinə başsağlığı verərək, deyib: İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələri komandanının terrorundan sonra regionda ardıcıl və həssas hadisələr baş verdi ki, bunlar olduqca nigaranedici ola bilər.

İran-Türkiyə dost və qardaşcasına əlaqələrinə işarə edən Türkiyənin müdafiə naziri əlavə edib: Sabitlik və asayişin qorunması bütün region ölkələrinin xeyrinədir və regionun sabitliyi və təhlükəsizliyinin qorunması üçün terrorçuların gərginliklərin artması fürsətindən sui-istifadə etmələrinə icazə vermək olmaz.