Mart 21, 2020 15:28 Asia/Baku
  • Ərdoğan Türkiyə xalqını koronavirusa ciddi yanaşmağa çağırıb

Türkiyə prezidenti koronavirusla amansız mübarizənin davamına təkid edərək, bu ölkə xalqını koronavirusla mübarizəyə ciddi yanaşmağa çağırıb.

Rəcəb Tayyıb Ərdoğan bu gün bir tvitter mesajında koronavirusla mübarizə üçün səhiyyə göstərişlərinə diqqətin vacibliyini vurğulayaraq, Türkiyə vətəndaşlarından istəyibdir ki, təkcə zərurət məqamında mənzildən çıxsınlar.

Türkiyə prezidenti koronavirusun daha çox yaşlı və təhlükəli xəstəliklərə malik olan şəxsləri təhdid etdiyini bildirib. Qeyd edib ki, Türkiyə xalqını çətin günlər gözləyir.

ƏRDOĞAN TÜRKİYƏ XALQINI COVID-19-A CİDDİ YANAŞMAĞA ÇAĞIRIB