Mart 23, 2020 20:11 Asia/Baku
  • Tripoli ətrafında 4 Türkiyə hərbçisi öldürülüb
    Tripoli ətrafında 4 Türkiyə hərbçisi öldürülüb

Feldmarşal Həftərin qüvvələri Liviyanın paytaxtı Tripolinin ətrafında gedən döyüşlərdə 4 Türkiyə hərbçisinin öldürülməsindən xəbər veriblər.

Feldmarşal Xəlifə Həftərin komandanlığı altında olan «Liviya Milli Ordusu» adlı qrup dünən gecə bildirib: Türkiyə hərbçiləri digər bir qüvvə ilə yanaşı, bizim qüvvələrin Tripolinin cənub istiqamətində Milli Birlik hökumətinin qüvvələrilə döyüşündə öldürülüblər.

«Liviya Milli Ordusu» adlı qrup sonra bildirib: Bu ölülərin cəsədləri bizdədir və onların Qırmızı Aypara vasitəsilə ailələrinə təhvil verilməsi üçün heç bir maneə yoxdur.

Həftər qüvvələrinin sözçüsü Əhməd əl-Mismari Türkiyədən istəyibdir ki, bu ölkənin zirehli avtomobilini və onun içindəki hərbçilərin cəsədlərini təhvil almaq üçün əlaqə saxlasın.

Liviya 2019-cu ilin aprelindən səbatsızlıq və gərginliyin şiddətlənməsi səhnəsidir.

Feldmarşal Həftərin komandanlığı altında olan «Liviya Milli Ordusu» adlı qrupun qüvvələri 2019-cu ilin aprelindən Misir və BƏƏ daxil olmaqla bəzi ölkələrin himayəsilə Milli Birlik hökumətinin ixtiyarında olan Liviyanın paytaxtı Tripoliyə hücum etdilər.

Türkiyə Milli Birlik hökumətinə dəstək verir.

TRİPOLİ ƏTRAFINDA 4 TÜRKİYƏ HƏRBÇİSİ ÖLDÜRÜLÜB

Teqlər