Qaşıqçının qətlində şübhəli bilinən 20 səuda qarşı ittiham siyahısı
İstanbul prokurorluğu Qaşıqçının qətlində şübhəli bilinən 20 səuda qarşı ittiham siyahısını yayıb.
İstanbul baş prokurorluğu bu gün bildirib ki, həmin ittiham siyahısında Ərəbistan kəşfiyyat təşkilatının sabiq rəis müavini Əhməd Əsiri və krallıq ofisinin sabiq müşaviri Səud Əlqəhtani səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının Ərəbistanın İstanbuldakı konsulluğunda vəhşicəsinə işgəncə edilməsi, qətlə yetirilməsi və bütün bunların işlənib hazırlanmasına təhriketmədə ittiham ediliblər.
İttiham siyahısı həmçinin digər 18 nəfəri Qaşıqçının qətlə yetirilməsi əməiyyatını icra etməkdə ittiham edir.
İstanbul baş prokurorluğu ofisi onların barəsində ömürlük həbs cəzasının çıxarılması və onların şiddətli tərzdə cəzalandırılmalarını tələb edibdir.
Ali-Səud rejimini tənqid edən jurnalist Camal Qaşıqçı 2018-ci ilin oktyabrında Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olduqdan sonra yoxa çıxdı və səud başçıları həftələrlə təkzibdən sonra nəhayət etiraf etdilər ki, bu jurnalist Ərəbistanın İstanbuldakı konsulluğunun içərisində qətlə yetirilibdir.
QAŞIQÇININ QATİLLƏRİNƏ QARŞI İTTİHAM SİYAHISI YAYILIB