İyun 29, 2020 09:56 Asia/Baku

Professor Dr. Naci Görür: Minimum 7.3 bal gücündə zəlzələ gözlənilir!

SəhərAzəri Rasthaber-ə istinadla xəbər verir, Türkiyə Elmlər Akademiyasının Üzvü Dr. Naci Görür,"Ən az 7.3 bal gücündə zəlzələ gözlənilir, zarafat olmaz, İstanbul kimi bina fondunun 60 faizinin zəif olduğu bir yerdə nəticələr daha ağır olacaq"- deyə bildirib.

Professor Dr. Naci Görür Mətbuata müsahibəsində, zəlzələ üçün lazımi tədbirlərin alınmadığını və zəlzələnin həqiqətlərinin reallaşmadığını söyləyib.

İstanbul zolağının Marmaraya açılan qitə şelfində aktiv nöqtələrin olduğundan xəbər verən Professor Dr. Görür böyük bir sunami təhlükəsi barədə də xəbərdarlıq edib.

 

Teqlər