Avq 15, 2020 11:19 Asia/Baku
  • Ərdoğan: BƏƏ ilə əlaqələrin dondurulması araşdırılır

Türkiyə bu ölkə səfirinin Əbu-Dəbidən geri çağırılması və BƏƏ ilə əlaqələrin dondurulmasını araşdırır.

Səhər Azəri bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan deyib.

Rəcəb Təyyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin sionist İsrail rejimi ilə əlaqələrin normallaşdırılmasına dair qərarına reaksiya olaraq Türkiyə səfirinin Əbu-Dəbidən geri çağırılması və BƏƏ ilə əlaqələrin dondurulması məsələsinin araşdırılmasından xəbər verib. 

"Fələstinin kənarındayıq və heç vaxt Fələstini təslim etməyəcəyik" deyən Ərdoğan Türkiyə səfirinin Əbu-Dəbidən geri çağırılması və ya BƏƏ ilə diplomatik əlaqələrin dondurulmasının mümkün olduğunu söyləyib. 

Teqlər