Noy 17, 2020 23:33 Asia/Baku
  • Türk liderlər Pompeo ilə goruşmadilər!

ABŞ Dövlət katibi Ərdoğan və ya türk həmkarı ilə görüşmək planı olmadan İstanbula gedib.

SəhərAzəri xəbər verir, ABŞ dövlət katibi Mike Pompeo, İstanbulda dünyanın ortodoks xristian lideri yepiskop Bartolomo ilə bir araya gələrək dünyadakı din azadlığını barədə müzakirə edib.
Türkiyə Xarici İşlər Nazirliyi səlahiyyətlisinin sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın planlarındakı bəzi dəyişikliklər səbəbi ilə Pompeo ilə Ərdoğan arasında görüş olmayacaq.
Türkiyə Xarici İşlər Nazirliyi, Türkiyə ilə ABŞ arasında bəzi mövzularda bəzi ixtilaflara da toxunaraq deyib ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoqlu da amerikalı həmkarının "hörmətsiz performansı" səbəbindən İstanbulda Pompeo ilə görüşmək təklifini rədd edib.

Son günlərdə, Pompeonun Türk rəsmilərlə görüşməyəcəyi bəlli olduqdan sonra, ölkə KİV-ləri da ABŞ Dövlət katibinin Türkiyəyə səfərini əhəmiyyətsiz şəkildə göstəriblər.

Teqlər